Alsudan milyonçu ərindən boşanmasına ilk reaksiya

Alsudan milyonçu ərindən boşanmasına ilk reaksiya

Xəbər verdiyimiz kimi, məşhur müğənni Alsu milyonçu həyat yoldaşı Yan Abramovdan boşanır.

Milli.Az bildirir ki axşam.az-ın məlumatına görə, Alsu ilk dəfə məsələ ilə bağlı suallara münasibət bildirib.

Müğənni jurnalistlərin suallarını cavablayarkən bu mövzuda danışmaq istəmədiyini bildirsə də, hər şeyin qaydasında olduğunu qeyd edib:

"Hər şey yaxşıdır, şərh vermirəm, amma hər şey yolundadır".

Qeyd edək ki, Abramov Bakıda dünyaya gəlib. Alsu və Abramov 2005-ci ildə tanış olublar. Onlar 2006-cı ildə Moskvada evləniblər. Alsu və Yanın üç övladı var - Safina, Mikella və Rafael.

Abramovun 10 ildir ki, Alsunu aldatdığı iddia edilib. O, rus aparıcı-model Viktoriya Lopyreva və reper Timatinin keçmiş sevgilisi Anastasiya Reşetova ilə münasibətdə olduğun deyilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun