Dünyanın ən çətin yarışmalarından olan "Survivor"un iştirakçıları Nagihan Karadere və Yunus Emre Özden arasında yaşanan qalmaqal daha da alovlanıb.
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, yarışmanın bitməsinə baxmayaraq ikili arasında soyuq savaş sosial media hesabları üzərindən davam edir.
Yarışmada tez-tez sözləri düz gəlməyən ikili şəxsi "instagram" və "Tviter" hesabları üzərindən bir-birini hədələməyə davam edib.
Yunus Emre onu oğru adlandıran Nagihana videomüraciət edərək cavab verib:
"Mən belə bir tərbiyyəsiz və şəxsiyyətsiz insanla əlaqədə olmaq və ona cavab vermək istəmirəm. Onunla işimiz məhkəmədə həll olunacaq. Mən ailəmin yanındayam, onlarla zaman keçirdirəm. Bu kimi boş işlərə ayıracaq zamanım yoxdur. Qoy bu işin qərarını məhkəmədə hakimlərimiz versin. Məhkəmədə görüşəcəyik".
Xatırladaq ki, Nagihan Karadere yarşmaqdan çıxdıqdan sonra, Yunus Emre Özdenin adada oğurluq etdiyini və ailəsinin belə ondan övlad kimi imtina etdiyini bildirib. Özden isə onun bu iddialarını yalanlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun