Hamımızın "Bəyin oğurlanması" kinokomediyasında Həsənin anası kimi xatırladığımız aktrisa, Xalq artisti Lətifə Əliyeva çətin günlər yaşayır.
Milli.Az xəbər verir ki, lent.az-a açıqlama verən aktrisa bildirib ki, sərbəst yeriməkdə çətinlik çəkir, yüksək şəkəri və təzyiqi var.
"Yaman kövrək olmuşam. Aktyor dostlarımı xatırladıqca kədərlənirəm. O gün "Bəyin oğurlanması" filminə baxıb ağlamışam. Allah rəhmət eləsin, Yaşar Nuriyevi, Səməndər Rzayevi, Nəsibə Zeynalovanı, Ələsgər Məmmədoğlunu, Həsən Turabovu görmək halımı xarab elədi. Hərdən zəng vurub teatrdan halımdan xəbər tuturlar. Daha yeriyə bilmirəm. Jurnalistlər dəvət edirlər, inanın, halım olmur ki, ekrana çıxam. Yəqin məni bağışlayarlar. İnsanların məni unutmamasına sevinirəm", - o bildirib.
80 yaşlı aktrisa hazırda kino və teatrdan uzaq ömür yaşayır. Onun iki oğlu, altı nəvəsi var. 2000-ci ildə Əməkdar artist, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun