Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib.
OLAY yazır ki, Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, əməkdar mədəniyyət işçisi Laləzar Ramil qızı Hüseynova nazir Adil Kərimlinin müvafiq əmri ilə sözügedən vəzifəyə təyinat alıb. O, bu gün teatrın kollektivinə təqdim edilib.
Laləzar Hüseynova buna qədər Salyan Dövlət Kukla Teatrının direktoru olub.