Əməkdar artist Ruhəngiz Allahverdiyeva güzgü hazırlayıb satmasını lağa qoyan insanlara cavab verib.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə sənətçi "Elgizlə izlə" verilişində danışıb.
"Çox adam verilişdə güzgü satmağımı lağa qoydu. Dedilər ki, "Vay-vay, Ruhəngiz güzgü satır". Güzgü, kartof, meyvə, paltar satmaq ayıb deyil. Düzlüklə pul qazanmaq üçün Allah özü yol açır".
Qeyd edək ki, Ruhəngiz Allahverdiyevanın hazırladığı güzgülərin qiyməti 300-1000 manat arasında dəyişir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun