“Fatimə xınaların kraliçasıdır”

“Fatimə xınaların kraliçasıdır”

"Qəlbin təmizliyi Allahdan gələn bir ruzidir. Əvvəl-axır bərəkətini görəcəksən".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. O, rəqqasə Fatimə Fətəliyevanı "xınalar kraliçası" adlandırıb:

" Odur ki, sən qəlbini təmiz saxla, mükafatın gecikməz. Xınaların kraliçası Fatimə Fətəliyeva, səninlə neçə ildən sonra bir məkanda bir yerdə səhnəni paylaşmaq çox xoş oldu. Sən bu işin yaradıcısısan. Xına tədbirlərini belə formatda, adət-ənənələrimi yenilənmiş, müasir və zövqlü şəkildə illərdi yaşadırsan. Sağlam, həvəsli ol və heç vaxt yorulma".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun