Türk kinosunun əfsanəvi simalarından olan Türkan Şorayın yeni görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Milli.Az-ın məlumatına görə, 81 yaşlı aktrisa tədbirlərdən birində iştirak edib. O, pərəstişkarları ilə görüşərək onlarla fotolar çəkdirib.
Türkan Şorayın tədbirdəki görüntülərindən hazırlanan video sosial şəbəkədə paylaşıldıqdan sonra qısa müddətdə çoxsaylı bəyənmə və şərh toplayıb.
İzləyicilər aktrisanın görünüşü və səmimi davranışları ilə bağlı müxtəlif fikirlərini bölüşüblər. Paylaşımın altına Türkan Şoraya olan sevgilərini ifadə edən çoxsaylı şərhlər yazılıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















