Xalq artisti Nazpəri Dostəliyeva açıqlamalarıyla diqqət çəkib.
OLAY yazır ki, sənətçi “Tarixin bir günü” verilişində gənc müğənnilərdən danışıb və onların düzgün yolda olmadıqlarını deyib.
“Əslində bir nəfərin fikri çox azdır. Akademiyada, İncəsənət Universitetində, Milli Konservatoriyada əyləşənlər, bütün o ali təhsil ocaqları, müəllim heyəti, birlik lazımdır. Çünki bu bir axındır. Bu gün gənclər gəlir, gözəl xanımlardır, səsləri də var, amma yolları düzgün deyil. Bunların qarşısında yalnız mənim danışmağım azdır. Bu haqda ciddi bir ölçü götürmək lazımdır. Gül kimi xanımlarımız, övladlarımız, yaxşı səsi, istedadı olanlar var, amma düzgün təbliğ olunmurlar, düzgün yolda deyillər”, - deyə, Dostəliyeva söyləyib.
O, həmçinin televiziyalarda senzuradan bəhs edib:
“Bu gün senzura azdır, ümumiyyətlə yoxdur. Amma olmalıdır. Nə qədər ki, yoxdur, özbaşınalıq baş alıb gedəcək. Kim nə istəyir ifa edəcək. Televiziyalarda verilişlərdə xanımlar bəzən səmimiyəm deyib də, səmimiyyətliklə mədəniyyəti ayıra bilmirlər”.