Əməkdar artist Dilarə Əliyeva illər sonra instaqrama qatılıb.
Uzun müddətdir adına saysız fan hesablar açılan, videoları TikTok, Youtube Shorts və İnstaqramda viral olan sənətçi özünə qoyduğu qadağanı aradan qaldırıb.
Aktrisanın ilk paylaşımı isə detallarını açıqlamadığı poster olub. Öz kölgəsinin yer aldığı afişada “Mintonasiya - Dilarə Əliyeva” sözləri yazılıb.
Dilarə şərh bölümündə isə “İllər sonra çoxsaylı istəkləri nəzərə alıb, instaqrama qatıldım. Hamınızı xoş gördük!”, - deyə, qeyd edib.