Aktyor Qay Kapulnik sentyabrın 24-də Cənubi Kaliforniyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində həlak olub.
OLAY yazır ki, təyyarəni idarə edən Qay Kapulnik hadisə zamanı 33 yaşlı yeganə sərnişini Teylor Lask ilə birlikdə həyatını itirib.
Qəza həmin gün yerli vaxtla saat 09:45-də Los-Ancelesdən təxminən iki saatlıq məsafədə yerləşən Hesperiya şəhərində baş verib.
Qay Kapulnik “514-cü otaq” (“Room 514”) filmindəki rolu ilə tanınan israilli aktyordur. Filmin premyerası 2012-ci ildə “Tribeca” Film Festivalında baş tutub.
Aktyor, həmçinin Harisson Fordun 2020-ci ildə ekranlara çıxan “Vəhşi çağırış” (“The Call of the Wild”) filmində kiçik rolda çəkilib.

Mənbə:
olay.az
















