Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi - (Video)

Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi - (Video)
Zaurla Günayın canlı yayımda sözləri çəp gəldi - (Video)

Aparıcı Zaur Baxşəliyev sosial şəbəkə hesabında etdiyi canlı yayım zamanı ailə və övlad tərbiyəsi ilə bağlı fikirləri ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aparıcı uşaqların daha sərbəst böyüdülməsinin vacibliyini vurğulayıb. O, Azərbaycanda bəzi valideynlərin övladları yetkin yaşa çatdıqdan sonra belə onların həyatına müdaxilə etdiyini bildirib.

Zaur hətta 46 yaşında belə valideyn nəzarətinin davam etməsini düzgün hesab etmədiyini deyib. Aparıcı bu məsələdə öz anasına da irad bildirdiyini etiraf edib.

Lakin onun xanımı Günay Baxşəliyeva mövzuya fərqli yanaşıb. O, övlad üzərində valideyn nəzarətinin vacib olduğunu düşünür.

Cütlüyün eyni mövzu ilə bağlı fərqli fikirlər səsləndirməsi izləyicilərin də marağına səbəb olub.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az