Aktrisa Beren Saat sosial şəbəkələrdə az-az paylaşım etməsinin səbəbini açıqlayıb.
Milli.Az olay.az-a istinadla bildirir ki, bu barədə o, Mirgün Cabasa danışıb. Beren deyib ki, buna səbəb son illər dünyada və Türkiyədə baş verən hadisələrdir:
"O qədər insanın dərdi var ki, mən xoşbəxt nəsə paylaşmağa utanıram. Həyatımızı yaşayırıq, məsələn, bir dostumun ad günü varsa, gedəcəm, hədiyyə alacam. Çünki burada həyat davam edir. Amma başqa bir tərəfdə həyatın davam etmədiyi dünya var. Sosial şəbəkələrdə əvvəlki kimi nəsə paylaşmamağımın səbəbi budur. O qədər insanın həyatı dağıldı ki, mən parlaq həyatımı paylaşmaqdan utandım".
Milli.Az