Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)

Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)
Şakiranın Madrid konsertində Dua Lipa sürprizi - (Video)

Dünyaca məşhur müğənni Dua Lipa Madriddə konsert verən Şakiraya səhnədə sürpriz edib.

Milli.Az xəbər verir ki, Dua Lipa Şakiranın Madrid konsertlərinin səkkizinci gecəsində ilk dəfə onunla eyni səhnəyə çıxıb. Maraqlısı isə odur ki, iki sənətçi həmin gün ilk dəfə görüşüblər.

Onlar birlikdə Şakiranın məşhur ispan dilli mahnılarından biri olan "Antología"nı ifa ediblər.

Dua Lipanın mahnını ispan dilində Şakira ilə birlikdə səsləndirməsi konsertə gələn tamaşaçıların böyük coşqusuna səbəb olub. Gözlənilməz duet gecənin ən yadda qalan anlarından birinə çevrilib. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə: news.milli.az