Müğənni Gülay Zeynallı “Gəl” adlı yeni klip çəkdirir.
OLAY yazır ki, ekran işinin lentə alınma prosesi bu gün baş tutub. Sənətçinin klipin rejissoru Emin Muradovdur. Layihədə Xalq artisti, əməkdar incəsənət xadimi Faiq Sücəddinov da yer alıb. Gülay bəstəkarla birgə kamera qarşısına keçib. Klip Mərdəkanda antik bir evdə reallaşıb. İfaçının klipdəki saç Günel Məmmədova, makiyajı isə Gülnar Muradova ərsəyə gətirib. Geyimini dizayner Leyli Zalova hazırlayıb.
Qeyd edək ki, bəstənin musiqisi Faiq Sücəddinova, sözləri Təranə Kazımovaya məxsusdur. Layihənin prodüseri isə Tural Nəbiyevdir.