Britaniyalı jurnalist Tom Bauerin "Pul, seks və güc: Bekhemlərin evi" adlı yeni kitabında britaniyalı futbolçu Devid Bekhemin həyat yoldaşı Viktoriyaya 25 illik evliliyi boyunca xəyanət etdiyi iddia edilir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, müəllif hesab edir ki, cütlük çoxdan boşana bilərdi, çünki kifayət qədər tutarlı səbəblər var idi, ancaq "Beckham" brendi səbəbindən onlar birlikdəliklərini davam edirlər.
Yeni kitabda Bauer Devidin münasibətdə olduğu qadınların adlarını sadalayıb: model Ester Kanyadas, model Selina Lori, gözəllik salonu sahibi Daniel Hit.
Bundan əlavə, Bekhem hətta aktrisa Şarliz Teronla da görüşüb.
"Onlar 2010-cu il Dünya Kubokunun püşkatma mərasimində gözlərini bir-birindən çəkə bilmədilər", - deyə müəllif bildirir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun