Manaf Ağayev: "Toylarda ev yiyələri bunu istəmirlər" - VİDEO

Manaf Ağayev: "Toylarda ev yiyələri bunu istəmirlər" - VİDEO

"Toylar var ki, ev yiyələri deyir ki, "Vağzalı" çalınmasın. Başqa xarici musiqi çaldırırlar. İndi başlayacağam bu haqda danışmağa deyəcəklər ki, bu hələ orada qalıb, guya ki bunlar müasirdirlər". 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, bu sözləri müğənni Manaf Ağayev qonaq olduğu "Xəzər axşamı" verilişində deyib. 

Sənətçi bildirib ki, indiki toylarımızda adət-ənənələrimizdən əsər-alamət qalmayıb: 

"Dədə-babadan toylarda "Bəy tərifi" vardı. Bəy-gəlini evdən çıxardanda "Bəy tərifi" deyilərdi. Bu, bizim adət-ənənəmizdir. Yaxşı, şəhərdə bunu etmək istəməyənləri heç olmasa başa düşürük. Şəhərdə alınmır... Rayonlarda dəyməyin də buna. Əlimdə olsaydı, çox şeyləri dəyişərdim.  Bir tək bu deyil... Bizim milli musiqimiz təmiz yox olub. Nəyə qulaq asırlar heç özləri də bilmirlər. Gənc nəsil bunları görür elə də başa düşür ki, bizim musiqimiz belə olub. Əvvəl toylar başqa idi". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun