Əməkdar artist Rəşad İlyasov adını açıqlamadığı aparıcının ona irad tutmasından danışıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Danışır musiqi" verilişində söz açıb. O bildirib ki, qonaq olduğu mədəniyyətdən danışdığı üçün aparıcı ona irad bildirib:
- "Məzarına gedirəm, amma torpağına toxuna bilmirəm"
- Vüqar Muradov evlənməməyinin səbəbini AÇIQLADI - VİDEO
"Bu yaxınlarda bir verilişdə qonaq idim, çox ürəyim ağrıdır. Gözəl veriliş keçirdi, Mikayıl Müşfviq anılırdı. Mən də ondan iki mahnı oxudum. Sonra da onun haqqında bildiklərimi danışmağa başladım. Aparıcı qayıdıb mənə deyir ki, çox gözəl verilişdir, amma reytinqi az olacaq. Cavab verdim ki, qızım, bütün verilişləriniz reytinqli olur. Qoy, bu veriliş də reytinqsiz olsun, mədəniyyətimizdən danışaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun