Müğənni Türkan Vəlizadə açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, ifaçı Aygün Kazımova ilə bağlı hazırlanan layihədə iştirak edə bilməməsindən təəssüfləndiyini bildirib.
Vəlizadə Aygün Kazımovanı çox sevdiyini və onun mahnısını sevə-sevə ifa etdiyini deyib. Müğənni həmin dövrdə televiziya proqramlarına dəvət almadığını da qeyd edib.
"Çox sevirəm Aygün xanımı. Çox heyif ki, o layihədə iştirak edə bilmədim. Aygün xanımın mahnısını sevərək ifa etmişdim. O zaman, demək olar, televiziyalara dəvət almırdım. Mahnının müəllifi Cavanşir Quliyev də ifamdan razılığını bildirmişdi", - deyə sənətçi bildirib.
Türkan Vəlizadə layihənin kim tərəfindən hazırlandığını bilmədiyini və belə bir təklifin ona da gəlməsini istədiyini söyləyib. O, bunun səbəblərindən biri kimi səsində Aygün Kazımovanın səsinə müəyyən qədər oxşarlıq olduğunu düşündüyünü vurğulayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

















