"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)

"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)

Türkiyə kinosunun tanınmış simalarından olan Şevtap Parmanının illər sonra yeni görüntüləri yayılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir sənətdən uzaq olan aktrisanın bir müddətdir Alzheimer xəstəliyindən əziyyət çəkdiyi və xüsusi qayğı göstərilən müəssisədə yaşadığı bildirilib.

Məlumata görə, Şevtap Parmanı bacısının təşəbbüsü ilə həm qadın sığınacağı, həm də klinik xidmətlərin göstərildiyi xüsusi mərkəzə yerləşdirilib. Aktrisanın müalicəsinin burada davam etdiyi qeyd olunub.

Şevtap Parmanı 1980-ci illərdə Cüneyt Arkın, Tarık Akan, Kadir İnanır kimi məşhur aktyorlarla bir sıra ekran işlərində rol alıb. Daha sonra "Çiçek Taksi", "Canısı", "Marziye", "Lise Defteri" və "Kaybolan Yıllar" kimi seriallarda da tamaşaçı qarşısına çıxıb.

Aktrisa 2011-ci ildən etibarən ekran fəaliyyətini dayandıraraq daha sakit həyat tərzinə üstünlük verib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
"Yeşilçam" ulduzunun son halı təəccübləndirdi: Sığınacaqda yaşayır - (Foto)
Mənbə: news.milli.az