"Anam dedi, müğənni olsan, səni öldürərəm"

"Anam dedi, müğənni olsan, səni öldürərəm"

"Anam dedi, müğənni olsan, səni öldürərəm".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova "Günaydın Azərbaycan" verilişində deyib.

O, efirə 16 yaşında çıxdığını deyib:

"Televiziyaya gələndə 16 yaşım var idi. Bir aparıcını güdə-güdə, düşdüm dalınca, getdim, çıxdım televiziyanın qapısına. Orda müxbir kimi işləməyə başladım. Sonra aparıcı oldum. Evdə heç kimin xəbəri olmadı. Əsas olan istəkdir, istəyin arxasınca getməlisən".

Son zamanlar həm də müğənni kimi fəaliyyətə başlayan Zümrüd hələ uşaqlıqdan səsi olduğunu, amma ailəsinin müğənni olmağına qarşı çıxdığını bildirib:

"Gözəl səsim var idi, amma anam müğənni olmağa qoymadı. Dedi, müğənni olsan, səni öldürərəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun