Tacir Şahmalıoğlu vergi ödəmir? - VİDEO

Tacir Şahmalıoğlu vergi ödəmir? - VİDEO

"Bir də görürsən toya pulsuz gedirəm. Ya da 100 manata toya gedirəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu "Elgizlə izlə" verilişində deyib. Sənətçi vergi ödəməsindən və toylara getməsindən danışıb:

"Biz də toya gedib, ailə dolandırırıq. Onun da vergisini ödəyirik. Müğənnilərə dəyməyin, biz elin güzgüsüdür. Biz xalq üçün yaşayırıq. Gedib cibimdən pul verib 2-3 minə mahnı yazdırıram. Gedib niyə pulsuz oxuyum? Hərdən gedirəm də. Müğənni toya gedib əziyyət çəkir".

T.Şahmalıoğlu vergi "VÖEN-nin var" sualına "VÖEN-im yoxdur. Amma mənim 1 bədii, 3 sənədli filmim, adım Qızıl Fonddadır. 48 dövlət mənim filmlərimə baxır. Dövlət mənim 5 manatıma möhtacdır? " reaksiyasını verib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun