İctimai TV-nin futbol şərhçisi bir neçə gündür müzakirə yaradıb.
OLAY yazır ki, Avropa Çempionatını şərh edən şəxslərin nitqində problem olduğu bildirilərək tənqid edilib.
Telejurnalist, yazıçı, tərcüməçi İlqar Əlfioğlu mövzu ilə bağlı paylaşım edərək “Yeni Azərbaycan dili: “İtalyanlar xorvatların qapısına yükləniblər”, “Hücumlar dalğası davam edir”, “Öndən qeyd edim ki...”, “Bu düzülüş filankəs üçün daha alışqan sayılır”” statusunu yazıb.
Bəyəli Əliyev isə “Biri şərhçiyə desin ki, Xorvatiya yox, “Xarvatiya” deyilir... O vaxt AzTV-də biri var idi, Hakan Şükürə Xaqan Şükür deyirdi. Niyə də? Sonra da deyirlər niyə tənqid olunuruq”, - deyə, vurğulayıb.