Xalq artisti Bilal Əliyevin məclislərdən birindəki görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, sənətçinin məclisdə ifa etdiyi və daha sonra masalara yaxınlaşaraq pul topladığı anlar kameraya düşüb.
Görüntülər sosial şəbəkələrdə yayıldıqdan sonra istifadəçilər Bilal Əliyevin bu davranışına müxtəlif reaksiyalar veriblər. Bir sıra izləyicilər sənətçinin hərəkətini tənqid edərək, bunu birmənalı qarşılamadıqlarını bildiriblər. Müğənninin bu görüntüsünü normal qarşılayanların da sayı az olmayıb.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















