Türkiyəli aktrisa Berna Laçin saxlanılıb.
Milli.Az xəbər verir ki, o, sosial şəbəkədə paylaşım edərək "Gözaltına almağa gəldilər, evimdə axtarış aparırlar. Nə olduğunu anlamadım" deyə yazıb.
Qeyd edək ki, aktrisaya "İzmir əvvəllər də işğal olunub, qorxma" məzmunlu paylaşımı ilə bağlı "xalqı kin və düşmənçiliyə təhrik etmə" maddəsi əsasında cinayət işi açılıb.
Laçin sözügedən fikri Cemil Tuğayın AKP-yə keçməsindən sonra sosial media hesabında paylaşıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















