Tanınmış meyxanaçı yeni doğulan nəvəsinə məclis keçirdi – (Video)

Tanınmış meyxanaçı yeni doğulan nəvəsinə məclis keçirdi – (Video)
Tanınmış meyxanaçı yeni doğulan nəvəsinə məclis keçirdi – (Video)

Tanınmış meyxanaçı Yaşar Qafanlı yeni doğulan nəvəsi üçün məclis təşkil edib.

Milli.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər maraqla qarşılanıb. Kadrlarda söz ustasının yeni doğulan nəvəsini qucağına alaraq məclisdə rəqs etdiyi anlar əks olunub.

Məclisə dəvət olunanlar arasında müğənni Nəfəs də olub. Sənətçi meyxanaçının nəvəsini qucağına alaraq ifasını onun üçün səsləndirib.

Səmimi görüntülər sosial şəbəkə istifadəçilərinin diqqətini çəkib və qısa zamanda yayılıb. Paylaşıma çoxsaylı bəyənmə və şərhlər gəlib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az