Ostin Batler rənglərin usta istifadəçisidir.
OLAY yazır ki, “Elvis” filmi dövründə onun ixtiyarında çoxlu kostyumlar var idi. “Dune Part Two” üçün o, təmiz və neytral tonlara üstünlük verirdi. Amma Tom Hardi ilə birlikdə rol aldığı yeni “The Bikeriders” filmi üçün aktyor tamamilə qara kostyumdan başqa heç nə geyinmir – hansı ki, qızmar günəş insanı yandırır.
Amerikalı aktyor ötən gün Jimmy Kimmel Live-a qatılıb. O, proqramına gedərkən dayanacaqda fotosessiya etdirib. İpək köynək geyinən sənətçi onu parlaq düymələri olan qoşa yaxalı pencəklə kombinə edib.
“Oskar” namizədi daha sonra trapes şalvar və mükəmməl cilalanmış bir cüt “Chelsea” çəkmə geyinib. Dikdaban çəkmələrlə yanaşı, kombinə nazik boyunbağı da əlavə edilib.
Ostinin kostyumunu yay ayları üçün uyğun edən də budur. Bir az bişəcəksən, amma seksual görünəcəksən!