Ben o intim səhnədə protez istifadə edib?

Ben o intim səhnədə protez istifadə edib?
Ben o intim səhnədə protez istifadə edib?

Aktyor Ben Afflek “İtkin” (“Gone Girl”) filmindəki çəkilişlərlə bağlı uzun illərdir davam edən şayiələrə münasibət bildirib və çılpaq səhnə zamanı intim protezdən istifadə etdiyi barədə ehtimalları təkzib edib.

OLAY yazır ki, film ekranlara çıxdıqdan sonra tamaşaçılar aktyorun tamamilə çılpaq göründüyü duş səhnəsin  müzakirə ediblər. Bəzi pərəstişkarlar çəkiliş zamanı xüsusi protezdən, hətta dublyordan istifadə oluna biləcəyini ehtimal ediblər. Lakin Afflekin sözlərinə görə, əslində belə vasitələrdən heç biri istifadə edilməyib.

“Mən heç bir protez istifadə etməmişəm. Protezdən istifadə etdiyim yeganə film “Supermenin Ölümü” olub. O da burun idi” deyə aktyor bildirib və bununla da Devid Finçerin filminin ən yaddaqalan səhnələrindən biri ətrafındakı müzakirələrə son qoyub.

Ben o intim səhnədə protez istifadə edib?
Mənbə: olay.az