“Səsi olmayan müğənniyə 6-7 min verməyə əli necə gəlir?”

“Səsi olmayan müğənniyə 6-7 min verməyə əli necə gəlir?”

"Hərdən ev yiyəsinə məəttəl qalıram ki, səsi olmayana necə əli gəlir 6-7 min manat verməyə?"  

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Türkan Vəlizadə "Xəzər axşamı"nda deyib.

  • "Pul qazanan kişinin xəyanətini bağışlayardım" - VİDEO
  • Leyla Ramazanlı ikinci dəfə ana oldu - FOTO

O, səsi olmayan, toyda fonoqram oxuyan həmkarlarından danışıb:

"Xərc çəkib, məni toya çağırırlarsa, mən də sənətimə məsuliyyətlə yanaşıram. Bunu hər kəs bilir. Bəziləri var, bir-iki mahnı oxuyandan sonra yorulur, keçir fonoqrama. Yaxud da toyun sonuna qədər eyni not üzərindən oxuyurlar. Çünki başqa not bilmirlər. 

Hərdən ev yiyəsinə məəttəl qalıram ki, səsi olmayana necə əli gəlir 6-7 min manat verməyə?"  

Müğənni qazancı ilə yaxınlarına baxdığını və doğmalarının yükünü daşıdığını bildirib: 

"Tək özüm üçün çalışmıram. Bacım uşağı, bacım, evin bütün yükü, hamısı çiynimdədir. Onların ruzisini də Allah mənim əlimlə yetirir". 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun