“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)

“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)

Hollivud ulduzu Maykl Duqlas vaxtilə məşhur aktrisa Ketrin Zeta-Consun diqqətini qazanmaq üçün mərhum basketbol əfsanəsi Kobi Brayantla rəqabət aparmalı olduğunu açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 82 yaşlı aktyor bu barədə "One Helluva Ride" adlı yeni memuarında yazıb.

Duqlasın sözlərinə görə, o özündən 25 yaş kiçik olan Zeta-Consla 1998-ci ildə Fransanın Dovil şəhərində keçirilən Amerika Kinofestivalında tanış olub. Həmin vaxt aktyor Nyu-Yorkda, gələcək həyat yoldaşı isə Los-Ancelesdə yaşayırmış. Üstəlik, Ketrinin evi o zaman "Los-Anceles Leykers" klubunda çıxış edən Kobi Brayantın malikanəsinin yaxınlığında yerləşirmiş.

Aktyor xatırlayır ki, Brayant Ketrinin evinə tez-tez baş çəkirmiş: "Kobi daim Ketrinin evinə getmək üçün bəhanə tapırdı. Bu, çox tez-tez baş verirdi!"

Duqlasın sözlərinə görə, Ketrinin evindən Brayantın şəxsi basketbol meydançası da görünürdü. 

Memuarlarında aktyor Zeta-Consla münasibətlərinin ilk dövründən də söz açıb. Onun sözlərinə görə, Ketrin çəkilişlərə görə tez-tez Los-Ancelesdən ayrılırmış. 

"O, çəkilişlərə görə tez-tez Los-Ancelesdən gedirdi. Mən bu rejimi yaxşı başa düşürdüm", - aktyor yazıb.

Məsafəyə baxmayaraq, cütlük həmin dövrdə telefonla mütəmadi əlaqə saxlayıb. Duqlasın sözlərinə görə, Ketrin onunla yaxın münasibət qurmağa razılaşana qədər aktyoru doqquz ay gözlədib.

Hollivudda çoxsaylı eşq macəraları ilə tanınan Duqlas etiraf edib ki, münasibətlərinin ilk mərhələsində başqa qadınlarla da görüşməyə davam edib: "Həmin vaxt mən daha beş qadınla görüşürdüm. Onların hamısı fərqli şəhərlərdə yaşayırdılar".

Lakin Ketrinlə münasibətləri ciddiləşəndə aktrisа ondan başqa qadınlarla münasibətdə olmamağı istəyib.

"Qalan sevgi münasibətlərini bitirmək üçün beş nəfərə qısa zəng etməli oldum", - deyə aktyor etiraf edib.

Qeyd edək ki, 2025-ci ildə Hollivud ulduzları Ketrin Zeta-Cons və Maykl Duqlas evliliklərinin 25-ci ildönümünü qeyd ediblər. Cütlüyün Dilan adlı oğlu və Keris adlı qız övladları var. 

Xatırladaq ki, əfsanəvi basketbolçu Kobe Brayant 1996-2016-cı illərdə "Los Anceles Leykers"də çıxış edib. O, 5 qat MBA çempionu, həmçinin ABŞ komandasının tərkibində iki dəfə Olimpiya çempionu adını qazanıb. Kobe 26 yanvar 2020-ci ildə helikopter qəzasında qızı ilə birlikdə dünyasını dəyişib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
“Həmin vaxt 5 qadınla görüşürdüm, ona görə hamısından ayrıldım” - Maykl Duqlas - (Foto)
Mənbə: news.milli.az