170-dən çox yayımlanmamış mahnısı var…

170-dən çox yayımlanmamış mahnısı var…
170-dən çox yayımlanmamış mahnısı var…

Müğənni Rihanna arxivində yayımlanmamış ən azı 170 mahnısının olduğunu eyhamla bildirib.

OLAY yazır ki, “Fenty Beauty” üçün keçirdiyi canlı yayım zamanı ondan neçə yayımlanmamış mahnısının olduğu soruşulub. Müğənni brendinin 10 məhsuldan ibarət dəstini nümunə göstərərək belə cavab verib: “Məndə mahnı olaraq bunlardan ən azı 17 dəst var”. Bu açıqlama onun arxivində ən azı 170 mahnının olduğu kimi şərh edilib.

Eysəp Rokki isə avqust ayında qatıldığı müsahibədə Rihannanın yenidən səsyazma studiyasına qayıtdığını təsdiqləyərək “Hazırda studiyadadır. Həqiqətən işləyir, yeni işlər hazırlayır. Zarafat etmirəm” deyə bildirib.

Son albomu “ANTI”ni 2016-cı ildə yayımlayan Rihannanın 10 illik albom fasiləsinin nə vaxt başa çatacağı isə hələ də məlum deyil.

170-dən çox yayımlanmamış mahnısı var…
Mənbə: olay.az