Yeni məhkəmə sənədlərinə görə, Maykl Ceksonun 2009-cu ildə yarım milyard dollardan çox borcu var imiş.
OLAY yazır ki, bu barədə NBC məlumat yayıb.
Ceksonun borcları Los-Anceles Ali Məhkəməsindəki əmlakının icraçıları tərəfindən verilən bəyanatda açıqlanıb.
Sənətçi vəfat edənədək borcun bir hissəsi olduqca yüksək faizlə faiz yığılıb.
Bəyanatda deyilir ki, 2018-ci ildə Ceksonun əmlakından əldə olunan pul vəkillik haqqı və digər xərclərin ödənilməsinə sərf edilib. Ümumilikdə, Maykla qarşı 65-dən çox kreditor iddiası qaldırılıb.