18 illik evliliyini bitirməyə hazırlaşan müğənni Alsu həyat yoldaşı Yan Abramovun barışmaq üçün atdığı addımlara məhəl qoymadığını bildirib.
Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, sənətçi geri addım atmayacağını bildirib.
Alsu, ərinin ona 2.5 milyard rubl ödəmək istəməsini isə yalan adlandırıb:
"Hazırda onun vəkilinin şərhinə baxaraq deyə biləcəyim yeganə şərh odur ki, boşanma olacaq. Sadəcə olaraq məhkəməyə verilən 2 aylıq ara ailəni qorumaq və barışmaq üçün yox, məhkəmənin şərtlərini sülh yolu ilə həll etmək üçündür. Əmlakın bölüşdürülməsi mənim tərəfimdən tələb olunub və buradan geriyə yol yoxdur".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun