Maykl Ceksonun yarım milyard dollar borcu olduğu üzə çıxdı

Maykl Ceksonun yarım milyard dollar borcu olduğu üzə çıxdı

Müğənni Maykl Ceksonun ömrünün sonuna qədər yarım milyard dollar borcu olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə NBC məlumat yayıb.

Ceksonun borcları Los Angeles County Ali Məhkəməsindəki əmlakının icraçıları tərəfindən verilən bəyanatda açıqlanıb.

Bəyanatda deyilir ki, 2018-ci ildə Ceksonun əmlakından əldə olunan pul vəkillik haqqı və digər xərclərin ödənilməsinə sərf edilib. Ümumilikdə, Ceksona qarşı 65-dən çox kreditor iddiası qaldırıldı, lakin əmlak icraçıları iddiaların əksəriyyətini həll edib.

Qeyd edək ki, Cekson 2009-cu ildə 50 yaşında Los-Ancelesdəki malikanəsində vəfat edib. Musiqiçi karyerası ərzində 13 Qremmi mükafatı alıb və iki dəfə Rok-n-Roll Şöhrət Zalına daxil olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun