“Bu dəfə də unutmadığınız üçün çox sağ olun”

“Bu dəfə də unutmadığınız üçün çox sağ olun”

Aparıcı Leyla Quliyeva doğum günü münasinətilə ona göndərilən gülləri paylaşıb.

OLAY yazır ki, buketlərin içində şəkillər çəkdirən aparıcı bunları yazıb:

“Bu dəfə də unutmadığınız üçün çox sağ olun. Yazdığınız bütün təbriklər, arzularla, gələn mesajlarla, hekayə və paylaşımlarla həm utandırdınız, həm də sevindirdiniz. Əgər kiməsə cavab verə bilməmişəmsə üzrlü sayın. “Uğurdan başgicəllənmə” deyil, tədbirlərin ard-arda olmasındandır... Hamınıza ayrı-ayrılıqda bir daha təşəkkürümü bildirirəm. Özünüzdən, sevdiklərinizdən muğayət olun. Eşqlə qalın”.