"Həyat insanı çox dəyişdirir. Bəzən illər keçdikcə hətta doğma və yaxın bildiklərindən elə zərbələr alırsan ki, çox pis olursan. Bunun qarşısını almaq üçün isə qarşındakını tanımaq və ehtiyatlı olmaq lazımdır. Düşünməməlisən ki, bu belə pisliyi edə bilməz. Xeyr, elə pislik edər ki, ayağa qalxa bilməzsən".
- Ad günündə Hüseyn Dəryanı belə yad etdi - VİDEO
- "Camaatın 1 ayda qazandığını 1 günə qazanırdım" - VİDEO
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "Zaurla Günaydın" verilişində deyib.
Son günlər əhvalının yaxşı olmadığını deyən sənətçi bu vəziyyətdən çıxmaq üçün yaxın günlərdə istirahətə gedəcəyini bildirib:
"Mənim bu halda olmağımın səbəbi illərlə üst-üstə yığılan məsələlərdir. Mən çox yorulmuşam (ağlayır). Düşünürəm bir müddət harasasa gedim, dincəlim".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun