“Dünyasını dəyişməmişdən öncə mahnını mənə verdi”

“Dünyasını dəyişməmişdən öncə mahnını mənə verdi”

Ötən gün Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.

Milli.Az olay-a istinadən bildirir ki, tədbirdə müğənni Samirə Əfəndi sözləri Vaqif Səmədoğlu, musiqisi Mobil Babayevə məxsus "Sən gələndə" mahnısını ifa edib.

  • Zaur verilişinə gələn Nazənini pərt etdi - VİDEO
  • Ad günündə Hüseyn Dəryanı belə yad etdi - VİDEO 

"Səs Azərbaycan" layihəsindəki təsirli ifasından sonra müğənni bu əsərə klip də çəkdirib, yeni aranjimanda təqdim etmişdi.

"Mobil Babayev dünyasını dəyişəndən 2-3 ay öncə biz görüşmüşdük. Vaqif Səmədoğlunun həyat yoldaşı bu mahnını bütün haqları ilə mənə hədiyyə ediblər", - deyə, Samirə Əfəndi bildirib.

Əfəndinin  ifası Səmədoğlunun həyat yoldaşı, şərqşünas Nüşabə Babayevanı təsirləndirib. O, gecədə göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, V. Səmədoğlu 5 iyun 1939-cu ildə dünyaya gəlib. Ona 1999-cu ildə Azərbaycanın Xalq şairi fəxri adı verilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun