Ötən gün Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib.
OLAY yazır ki, tədbirdə müğənni Mehin Hümbətova sözləri Vaqif Səmədoğlu, musiqisi Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus “Ot kökü üstü bitər” və “Kim bilir” əsərlərini ifa edib.
“Bu, bir tarixdir. Azərbaycan musiqi sənətinə öz töhfələrinə verən canlı korifey Cavanşir Quliyevin təklifi ilə məni 2 bəstəsini ifa etmək şərəfinə nail etdi və bütün haqları ilə mənə hədiyyə edib”, - deyə, Mehin Hümbətova bildirib.
Qeyd edək ki, V. Səmədoğlu 5 iyun 1939-cu ildə dünyaya gəlib. Ona 1999-cu ildə Azərbaycanın Xalq şairi fəxri adı verilib.