Bir müddətdir ki, Rusiya mediasında Xalq artisti Alla Puqaçovunun qəsri satmaq istədiyi, amma alıcı tapa bilmədiyi haqda yazırlar. Bəllidir ki, Alla Puqaçova və şuomen əri Maksim Qalkin(xarici agent siyahısına düşüb) Ukrayna müharibəsinin əleyhinə olduqları üçün ölkədən gediblər. Puqaçova ara-sıra hansısa sənəd işləri üçün Rusiyaya gəlsə də, Qalkin üçün bu yol bağlıdır. O səbəbdən Moskva əyalətindəki qəsrin satışı ilə Puqaçova özü məşğuldur. Amma belə görünür ki, hakimiyyət istəsə, xalq artisi bu qəsri nəinki sata, ümumiyyətlə itirə bilər.
Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə "AiF" nəşri yazır. Bildirilir ki, Odintsovo rayonun Qryaz kəndində tikilmiş qəsr dəmir cəngavərlərin heykəlləri ilə bəzədilmiş altı mərtəbəlidir. Qəsrin lifti, kitabxanası və hətta rəsədxanası olduğunu deyirlər. Ən üst mərtəbədə şüşə döşəmə var. Kinoteatr, işçilər üçün yer və sairə var. Sarayının sahəsi 2min 300 kvadratmetrdir.
Puqaçovanın qəsri kəndin demək olar ki, hər guşəsindən görünür. Hələ ilk vaxtlarda qəsrin bir milyard rubla başa gəldiyi deyilirdi. Moskva vilayətinin Odintsovo rayonun Qryaz kəndi məşhur ulduz cütlüyün orada məskunlaşdığı 2011-ci ilə qədər praktiki olaraq tanınmırdı. Onlardan sonra bu kənddə ev almaq yüksək qiymət səbəbindən ev və torpaq almaq bir arzu oldu. İndi də 2017-ci ildə tikilmiş kottec 107 milyon rubla satılır.
"Parlament" qəzetinin yazdığına görə, Puqaçovanın qəsri kadastr xəritələrində yoxdur. Bu informasiya isə onsuzda alıcısı az olan qəsrin "hökmü" hesab olunur. Hətta Puqaçovanın qalası üçün ipoteka verəcək bank da yoxdur. İkincisi, satınalmadan əvvəl bank işçiləri bütün hüquqi sənədləri və dizayn sənədlərini təhlil etməli, riskləri və torpaqdan icazə verilən istifadə növlərini qiymətləndirməyə çalışmalıdırlar. Bu səbəbdən ipoteka veriləcəyi belə şübhəlidir.
Yeri gəlmişkən, Puqaçovanın qəsrini kadastr üzrə torpağın indiki qiyməti cəmi 11 milyon rubldur. Yəni təkcə torpağın qiyməti bu qədərdir. "AiF" əmlak uzmanlarına istinasdən yazır ki, indiki vəziyyətdə bu qəsri necəsə almaq olar. Amma belə bir ehtimal var ki, qəsri aldıqdan sonra onu... sökməlisən. Çünki evi "Rosreestr"də qeydiyyatdan keçirə bilməsən, qanuna görə onu satmaq və ya icarəyə vermək də mümkün olmayacaq, hətta ona mülkiyyət hüququ da olmayacaq.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun