Xalq artisti Brilliant Dadaşova həyat yoldaşı, Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə bağlı paylaşım edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni həyat yoldaşının ad günü olduğunu bildirib. Video yayımlayan dadaşova ürək sözlərini bu cür ifadə edib:
"Ədalət müəllim o qədər təvazökar insandır ki, Murad Dadaşov göndərməsəydi bizdə tort da olmayacaqdı. Neçə belə illərə çıx. Cahadın toyunu görəsən. O gün olsun Murad Cahadın toyunda bizə tort göndərsin".
Qeyd edək ki, B.Dadaşova və Ə.Hacıyevin cahad adlı bir oğul övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun