Avroviziya qalibimiz Nigar Camal vahid məktəbli forması ilə bağlı paylaşım edib.
OLAY yazır ki, Nigar instaqramda bu sözləri bildirib:
“Dövlətin tətbiq etdiyi vahid məktəbli geyimi ilə bağlı qaydaları başqa yerlərə yozub, milləti iki hissəyə bölmək olmaz. Təxribatlara, başqa ölkələrin daxili siyasətimizə qarışmağına icazə verməyin. Biz Vətən müharibəsini birliyimizlə qazandıq, bu bütövlüyə zərər vurmayın. Çünki vahid məktəbli forması sizin dininizi, inancınızı əlinizdən almır, əziz balalar, əziz təhsil işçiləri... Yenə ibadət edin, yenə Allahınızı tanıyın. Amma Vətəninizi hansısa şəriyyət ölkəsinin siyasi təxribatına qurban verməyin.
Ona görə ki, qız uşaqlarını məktəbin qapısında saxlayan dövlət yox, öz prinsipləri uğrunda az yaşlı uşaqlarına hicab bağladan valideynlərdir. Onlara təzyiq göstərən ana-atalardır. Həssas nöqtənizdən faydalanan şəxslərin təxribatına uymayın.
Aydın və parlaq gələcək üçün vahid məktəbli formasını sona qədər dəstəkləyirik! Dövlətimizin və Prezidentimizin yanındayıq!
Ölkəsini, Vətənini sevən hər bir sənət yoldaşım bu çağırışa qoşulmalıdır”.
















