Türkiyə istehsalı "Möhtəşəm Yüzyıl" serialında canlandırdığı "Hürrem Sultan" obrazı ilə tanınan Meryem Üzerli məşhur aktrisa Hülya Avşarın proqramına qonaq olub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, söhbət əsnasında Avşarın "Səninlə niyə evlənmirlər?" sualı sosial mediada tənqidlə qarşılanıb.
Məşhur türkiyəli aparıcı Fatih Altaylının da daha əvvəl proqramına qonaq etdiyi Meryem Üzerliyə "Hülya Avşar səni görəndə paxıllıqdan çatlayacaq" deməsini xatırlayan istifadəçilər, jurnalistin sözləri ilə razılaşıblar.
Evlilik sualı ilə bağlı tənqidlərdən sonra Hülya Avşar "Instagram" hesabından açıqlama vermək məcburiyyətində qalıb.
"Aman Allah, üç-dörd gündür trenddəyik. Komanda olaraq çox təşəkkür edirik. Sizi anlamağa çalışıram, amma mən və qonağım söhbətimizdən çox zövq aldıq, hətta Meryemə söhbəti əvvəlcədən göndərib onun razılığını alacaq qədər diqqət göstərdik və aldığımız təşəkkürlər əsasında yayıma girdik.
Həmçinin əziz Fatih Altaylı, dediyin qədər varmış, həqiqətən çox gözəl, şirin və səmimidir. Qısqanmadım, əksinə heyran oldum", - deyə Avşar paylaşımında bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun