Afra illər sonra atasını bağışladı - FOTO

Afra illər sonra atasını bağışladı - FOTO

Türkiyəli aktrisa Afra Saraçoğlu illər sonra atası ilə görüşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aktrisa onu və anasını tərk edən atası Uğur Saraçoğlunu bağışlayıb.

O, valideynini görmək üçün ABŞ-yə gedib və birgə çəkilmiş fotolarını paylaşıb.

Qeyd edək ki, Afra Saraçoğlu 6 il əvvəl verdiyi müsahibəsində atası ilə son olaraq 13 yaşında görüşdüyünü demişdi. 

"Anamla atam mən çox gənc olanda ayrıldılar. Atamla iki dəfə, 9 və 13 yaşlarımda görüşmüşəm. Artıq onunla görüşmərəm, çünki onun üzərimdə heç bir əməyi yoxdur", - deyə bildirmişdi.

Xatırladaq ki, Afra hazırda həmkarı Mert Ramazan Demirlə sevgilidir. Onlar "Yalı Çapkını" serialında baş rolları canlandırırlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun