Müğənni Damla İranda hicab qaydalarına riayət etmədiyi üçün bir neçə məkan bağlanıb.
Bu barədə OLAY-a ifaçının prodüseri Şamil İbrahimov məlumat verib. O bildirib ki, Damla Ərdəbildə toyda çıxış edib:
“Konsert deyil. Biz toya getmişdik. Toy yeri açıq havada idi, həyətdə baş tutdu. Biz qaldığımız beş ulduzlu hoteli möhürləyiblər. Bir də getdiyimiz gözəllik salonunu bağlayıblar. Mənim tanışlarım var, onlarla danışdım, deyildi ki, belə olub. Siz nə eşitmisinizsə, mən də onu eşitmişəm”.