Xalq artisti Nazpəri Dostəliyevaya muğam oxuya bilməyən müğənniləri tənqid edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bu haqda Əməkdar artist Rəşad İlyasovun "Danışır musiqi" verilişində söz açıb. O bildirib ki, bütün ifaçılar muğamı öyrənməlidir:
"Bir müğənni muğamı bilmirsə... Oxuya bilər, amma... Estrada kafedrasında çalışırdım, uşaqlar oxuyurdu, onlara öyrətməyə çalışırdım. Bu sənətə yiyələnmisənsə, dəryaya baş atmısansa onu bütünlüklə öyrənməlisən. Musiqi janrları bir-birinə yad deyil".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun