Türk aktrisa Alina Boz yeni stili ilə kamera qarşısına keçib.
OLAY yazır ki, siması olduğu markanın görüşünə qatılan sənətçi jurnalistlərin suallarını cavablandırıb:
“Bu gün qarşınızda parıldamağa üstünlük vermişəm. Özümə yaraşanı alıb geyinirəm. Köynək alıramsa, o həm kefiyyətli və uzun zaman geyinə biləcəyim, həm də mənə yaraşan olmalıdır. Uzun zamandır ki, tətildə idik. Gözəl bal ayı keçirtdik. Umut (həyat yoldaşı-red.) sağ olsun, məni görmək istədiyim yerlərə apardı”.
Aktrisanın son halını görən müğənni Demet Akalın öz sosial şəbəkə hesabında “Bu qız hamilədir. Üzü şişib, kökəlib” sözlərini yazıb.
Oruc Ələsgərov