Qızı İradəni kövrəltdi - FOTOlar

Qızı İradəni kövrəltdi - FOTOlar

Qızı İpək müğənni İradə İbrahimovanı sevindirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi sevincini sosial şəbəkə izləyiciləri ilə bölüşüb. O bildirib ki, qızı İpək arzusunda olduğu kollecə qəbul olub:

"O qədər gözəl bir xəbər aldım ki, ayaqda durmaqda çətinlik çəkirəm. Bu dünyadan keçərkən gözəlliklər paylaşaq, yetər deyə sevincdən ağlayıram. O qədər xoşbəxtəm ki, bu sevincin hamısı mənə çoxdur, sizə də toxunsun istədim. İpək illərdir çəkdiyi əməyin qarşılığını aldı, xəyalını gərçəkləşdirdi və 160 illik tarixə sahib olan Robert kollecini qazandı. Həqiqətən də bir müəllim, kitab, uşaq dünyanı dəyişə bilər. 

Qızım, sənə halal olsun. Çətin olanın öhdəsindən gəldin. Ağlını, tərbiyyəni ən gözəl aksessuarın etdin, yanından ayırmadın. Oxumağı, öyrənməyi kənara qoymadın. Bu gün alın tərinlə, öz gücünlə çalışdığın günlərin meyvələrini dərirsən. Mənim üçün bu savaşda ən önəmlisi öz səmanda, qanadlarınla heç kimə dəyib-dolaşmadan uçmağın ,yüksəlməyin, yaxşı olub, yaxşı qalıb, çox çalışmağın idi. Onu da bacardın.

Bütün övladlara İpəyə dediyimi deyirəm: nəticə nə olursa olsun sizlərdən, sizin sağlığınızdan önəmli deyil. Unutmayın, dəyəriniz, uğurunuz sadəcə bu imtahanlara bağlı deyil. Bəxtiniz, yolunuz açıq olsun.

Zaman-zaman uşaqlara qarşı çox sərt davrandığımı söyləyən atası,  məncə doğru yoldayam. Sən yenə də onların ən çox başa düşən, ən çox əyləndirən, ən zəif nöqtələri ol. Mənim üçün dedikləri "anamız çox sərtdir" sözlərinə razıyam".

Qeyd edək ki, Ceyhun adlı Türkiyə vətəndaşı ilə ailəli olan İradə İbrahimovanın iki övladı var. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun