Mərdan Kazımov İstanbulda çəkdirdiyi klipini təqdim etdi

Mərdan Kazımov İstanbulda çəkdirdiyi klipini təqdim etdi
Mərdan Kazımov İstanbulda çəkdirdiyi klipini təqdim etdi

Müğənni Mərdan Kazımov yeni yaradıcılıq işini təqdim edib.

OLAY yazır ki, ifaçı İstanbulda lentə alınan “Səssiz bir adam” adlı yeni mahnısına çəkilən klipini dinləyicilərinin ixtiyarına verib.

Yeni layihənin ərsəyə gəlməsində peşəkar yaradıcı heyət iştirak edib. Mahnının musiqisi Mərdan Kazımovun özünə, sözləri Elvin Muxtara, aranjimanı isə Zaur Aliyə məxsusdur.

Yeni layihə artıq bütün rəqəmsal platformalarda və YouTube-da dinləyicilərin ixtiyarına verilib.

Mənbə: olay.az