Nura telekanalları "hədəf aldı": "Olmadığım kimi təqdim olunmaqdan bezmişəm"

Nura telekanalları "hədəf aldı": "Olmadığım kimi təqdim olunmaqdan bezmişəm"

"Verlişlərə, müsahibələrə getmək istəməməyim səbəbini açıqlamaq istəyirəm. İndiyə kimi (hətta youtube verilişləri) bütün müsahibələrimi montajda kəsib-doğrayıb yayımlayıblar.Son getdiyim "Zarafat bir yana" proqramında hər suala ətraflı, izahla cavab verməyimə baxmayaraq hamısı kəsilib". 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu fikirləri öz sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb. O müsahibə verərkən fikirlərinin yarımçıq təqdim olunmasından gileylənib.

"Klassik musiqidən (Vivaldı, Paganini və s.) danışıqlarım ümumiyyətlə yoxdur. Çox fərqli, çoxunun düşünə bilmədiklərini gənclərlə bölüşmüşdüm. Çoxu yayımlanmadı. Bu səbəbdən facebookda yazmağa davam edəcəyəm. Ara-sıra videolar da paylaşacam. Mənim dünyaya baxışım fərqlidir. Müsahibələrim isə kəsilib-doğranılır, haqqımda başqa bir fikir formalaşdırılır. Buna izin verə bilmərəm. Məni olduğum kimi az adam tanıyır. Olmadığım kimi isə təqdim olunmaqdan bezmişəm. Mənim hamı tərəfindən bəyənilmək, sevilmək, başa düşülmək kimi istəyim də yoxdur heç. Amma olmadığım kimi də tanınmaq istəmirəm. Hə, bir də ki, bahalaşma haqqında yazdığım statusdan sonra fərqli müsahibələrim montaj olunuraq sosial şəbəkələrdə paylaşılır. Mən avtomobilimə 95 benzin vururam və onun da qiyməti düşüb. Avtobus və metrodan istifadə etmirəm.
Yəni ki, başqalarına görə özümü həmişə oda atıram. Yazdığım statuslar mənə ancaq problemlər yaradır. Bunu bilin. Trollar tərəfindən bütün səhifələrdə təhqirlərə məruz qalıram, tədbirlərdən kənar qalıram və daha çox problemlər yaşayıram (bir-bir sadalamaq istəmirəm). Hamını anlamağa çalışıram, amma görürəm ki , insanlara yaxşılıq yoxdur.

Ancaq haqqımda layiq olmadığım söhbətlər danışılır. Məni tanımayan, ünsiyyətdə olmadıqlarım da danışır hətta. Səbəbi isə rahat şəkildə hər hansı bir məsələyə fikir bildirə bilməyimdir, yaltaq olmamağımdır, səmimiliyimdir. Bu xüsusiyyətlərimə görə nifrət ediləsi biri olmuşam",- deyə o bildirib. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun