Dünyaca məşhur supermodel Sindi Krouford oğlu Presli Gerberin vəfatı ilə bağlı ilk dəfə duyğularını bölüşüb.
Milli.Az xəbər verir ki, 27 yaşında dünyasını dəyişən oğlunun xatirəsinə həsr olunan paylaşımında model ailəsinin yaşadığı ağır itkidən söz açıb.
"Sevimli oğlumuzun itkisi bizi dərindən sarsıdıb, ürəyimiz parçalanıb. Preslinin 27 il ərzində həyatımızda olması bizim üçün böyük xoşbəxtlik idi. O, işıqlı və gözəl ruha sahib insan idi. Mehribanlığı və səmimiyyəti ilə tanınması bizi onunla fəxr etməyə vadar edir.
Ailəmizi tanıyan, sevən və bu çətin günlərdə yanımızda olan hər kəsə minnətdarıq. Hətta bizi şəxsən tanımayan insanların belə ağrımızı bölüşməsi və dəstək göstərməsi bizim üçün çox dəyərlidir. Yenidən görüşənədək, əziz balamız. Səni sonsuzadək sevəcəyik. Anan, atan və Kayya", - deyə Sindi Krouford yazıb.
Supermodelin paylaşımı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Məlumata görə, yazı bir neçə saat ərzində 1 milyondan çox bəyənmə toplayıb.
Qeyd edək ki, sentyabrın 20-də Sindi Krouford və iş adamı Rendi Gerberin oğlu Presli Gerber Los-Ancelesdəki reabilitasiya mərkəzində vəfat edib. İlkin məlumatlarda onun ölümünün qadağan olunmuş maddələrin həddindən artıq qəbulu ilə əlaqəli olduğu bildirilib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)


















