Məşhur rejisor Kventin Tarantino onuncu və özünün də dəfələrlə vurğuladığı kimi, son tammetrajlı filmi üçün ssenarini tamamladığını rəsmən təsdiqləyib.
OLAY yazır ki, ssenari artıq hazır olsa da, rejissor onu böyük həvəslə dəyərləndirsə də, hələlik çəkilişlərə başlamağı planlaşdırmır. Hazırda Tarantinonun bütün diqqəti teatr fəaliyyətinə yönəlib. O, “The Popinjay Cavalier” (“Yaraşıqlı kavaler”) adlı pyesin səhnələşdirilməsinə hazırlaşır.
Mənbə:
olay.az
















